Siyasət

Kərim Vəliyev Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib – FOTO

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahında olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətinə GIDS-in təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.

Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.

Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,