Dünya

Muzeyə gedən qadın eksponatlar arasında öz ürəyini gördü – FOTO

Britaniyanın Rinqvud şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, hempşirli qadın vaxtilə donor orqanla əvəzlədiyi ürəyini muzeydə görüb.

Məlumata görə, hazırda 38 yaşında olan Cennifer Satton tələbə olarkən səhhətində problemlər hiss etməyə başlayıb. O, orta dərəcədə fiziki iş görməkdə belə çətinlik çəkib. Tezliklə ona məhdudlaşdırıcı kardiomiopatiya diaqnozu qoyulub. Həkimlər ona ürək transplantasiyasına ehtiyac olduğunu bildiriblər.

Donor üçün uzun axtarışlardan sonra Satton həyatını xilas edən əməliyyatdan keçib.

Bundan sonra o, Kral Cərrahlar Kollecinə ürəyindən sərgi üçün istifadə etməyə icazə verib.

Satton bu hadisədən 16 il sonra Londondakı Hunterian Muzeyində eksponatlar arasında sərgilənən ürəyini görüb.

İngiltərəli qadın bu tamaşanı inanılmaz surreal adlandırıb.

“Əvvəlcə düşünürsən – “bu, mənim bədənimdə idi”. Amma bu, olduqca xoşdur. O, mənim dostum kimidir. Bu ürək 22 il mənim həyatımı saxlayıb və mən onunla həqiqətən fəxr edirəm”, – deyə Satton hisslərini bölüşüb.

Mənbə: Lenta.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin