İdman

Qurban Qurbanov beynəlxalq mükafata layiq görüldü

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (International Fair Play Committee (CIFP)) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə İdman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra – Karyera” kateqoriyasında Fair Play Diplomuna layiq görülüb.

Qaynarinfo xəbər verir ki, CİFP prezidenti Jenö Kamuti Azərbaycan İdman Jurnalistləri Assosiasiyası vasitəsilə baş məşqçinin adına şəxsi məktub göndərib. 

Məktubda qeyd olunur ki, Q.Qurbaniv İdman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinə görə “Jean Borotra – Karyera” kateqoriyasında Dünya Fair Play Diplomu ilə təltif olunub.

Bu mükafat mütəxəssisə ötən mövsüm Konfrans Liqasının pley-offunda “Marsel”lə cavab görüşündə (0:3, ilk oyun – 1:3) etdiyi feyr pley davranışına görə verilib. Oyunda polşalı baş hakim Bartoş Frankovski “Qarabağ”ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu qeydə alıb. Lakin Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra baş hakimə qolun qaydalar çərçivəsində vurulmadığını bildirib. Nəticədə qol ləğv olunub.

Q.Qurbanov CIFP tərəfindən təşkil edilən 2022 Dünya Ədalətli Oyunlar Mükafatlarının təqdimetmə mərasiminə dəvət olunub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata