İdman

Qurban Qurbanov dünyaya səs salan hərəkətinə görə mükafatlandırıldı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (“International Fair Play Committee” – CIFP) Şurası tərəfindən yüksək mükafata – 2022-ci ildə idman dünyasında və ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərinin tanınmasına görə “Jean Borotra – Karyera” kateqoriyasında Dünya Feyr-pley Diplomuna layiq görülüb.

Bu mükafat ona 2022-ci ilin 24 fevralında UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”lə matçda dünyaya səs salan ədalətli jestinə görə verilib.

Ötən ilin yekunlarına görə, “Jean Borotra World Fair Play Career” mükafatına dünyadan cəmi dörd nəfər layiq görülüb – azərbaycanlı Qurban Qurbanov, amerikalı Katrin Svitzer, italiyalı Marko Kalamay və macar Antal Dunay.

Qeyd edək ki, Qurbanova bu mükafat Azərbaycan idman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında verilib.

Xatırladaq ki, “Marsel”lə sözügedən oyunda “Qarabağ”ın futbolçusu İbrahima Vadji fərqlənsə də, Qurban Qurbanov müdaxilə edərək qolun əllə vurulduğunu bildirib. Bundan sonra hakimlər qolu ləğv ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata