Kriminal

Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 22 yaşlı Əli Rufullazədə həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullazadə barəsində açılmış cinayət işi üzrə Lənkəran ŞRPŞ-də ibtidai istintaq davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan təsdiq ediblər.

Qeyd edək ki, 22 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə VAZ-2107 avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.

Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin VAZ-2106 avtomobilinə çırpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin