Dünya

ÜST bütün dünyanı COVID-19-dan daha qorxulu pandemiyaya hazırlaşmağa çağırdı

Dünyada yeni pandemiya təhlükəsi var.

Bu fikirlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən ÜST illik assambleyasında çıxış edib.

O, yeni epidemiyanın COVID-19-dan daha təhlükəli ola biləcəyini vurğulayıb.

Qebreyesusun sözlərinə görə, yeni epidemiyalara və ölümlərə səbəb ola biləcək COVID-19-un başqa bir variantının təhlükəsi aktual olaraq qalır. Bundan əlavə, ölümcül potensialı daha yüksək olan yeni bir patogenin ortaya çıxma ehtimalı var.

Daha əvvəl Tayvanın səhiyyə naziri adanın növbəti pandemiyanın episentrinə çevrilə biləcəyini deyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVID-19 pandemiyasının statusunu, mayın 11-də isə dünyada meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət rejimini ləğv edib.

Mənbə: News.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin