Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problem üzündən xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediyada yayılmış məlumat AQTA tərəfindən araşdırılıb.
Bu barədə AQTA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib. Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.
Qeyd edək ki, mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o, həyatını itirib.
S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
07:21
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.