“Turan Tovuz”a qarşı Azərbaycan Premyer Liqasının 33-cü tur oyununda vurduğu qoldan sonra qeyri-etik hərəkət edən “Səbail”in futbolçusu Qoba Zakpanın cəzası məlum olub.
AFFA İntizam Komitəsi 30 yaşlı hücumçunu 3 oyunluq diskvalifikasiya edib. “Səbail” futbolçunun tərbiyəsiz jestinə görə 1600 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” oyunu 2:2 hesabı ilə başa çatıb.