Cəmiyyət

Bakıda qarşı tərəfə keçmək üçün canından keçənlər  (VİDEO)

Bakıda piyadaların intensiv keçdiyi piyada zolaqlarından biri silinib.

Söhbət Qaradağ rayonu, Lökbatan dairəsi kimi tanınan ərazidiən gedir.

Dairənin yaxınlığında, iri ticarət mərkəzinin yanındakı piyada keçidi bağlanıb. İnsanlar isə çətinliklə də olsa, həmin hissədən, maneələrin üzərindən keçməyə çalışırlar.

Həmin ərazidən istifadə edən sürücülər də keçid işarəsinin ərazidən götürüldüyünü, bunun da onlara çətinlik yaratdığını bildirdilər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, həmin keçid agentliyin təşəbbüsü ilə ləğv edilib.

Piyadalar və sürücülər ümid edir ki, əraziyə yenidən baxış keçiriləcək və müvafiq addımlar atılacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər