Dünya

İranda silahlı qarşıdurma: Ölənlər var – FOTO

İranın cənub şərqində yerləşən Sistan və Bəlucistan əyalətində silahlı qarşıdurma olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bununla bağlı informasiya SEPAH-ın “Qüds” qanadının kəşfiyyat və əməliyyat bölmələri ilə ETTELAAT (Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi) əməkdaşlarının birgə bəyanatında qeyd edilib. Bəyanatda bildirilib ki, hökumət qüvvələri bir silahlı şəxsi həbs edib, iki silahlını isə qətlə yetiriblər. Onlara məxsus silah-sursatın ələ keçirildiyi deyilir.

SEPAH həbs edilən və öldürülənlərin ölkədə terror aktı həyata keçirməyi planlaşdırdıqlarını iddia edib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin