Siyasət

Rusiya və Türkiyə arasında Cənubi Qafqaza dair müzakirələr keçirilib

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar cümə axşamı Bakı ilə İrəvan arasında nizamlanmanı, eləcə də Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivlərini müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüşdə Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Bakı ilə İrəvan arasında normallaşma yollarına dair üçtərəfli sazişlərin icrası müzakirə edilib. Həmçinin, Ermənistan-Türkiyə əlaqələrinin bərpası perspektivləri mövzusuna da toxunulub”, – görüşdən sonra Rusiya XİN-dən verilən açıqlamada deyilir.

Qurumdan əlavə edilib ki, tərəflər Cənubi Qafqazda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, İran, Türkiyə) əməkdaşlığın vacibliyini vurğulayıblar.

“Qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb”, – nazirlikdən bildirilib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,