Cəmiyyət

Şagird bir suala görə 300 bal toplamadı? – FOTO

Valideyn aprelin 30-da IX siniflər üçün baş tutan buraxılış imtahanında oğlu bir suala görə 300 bal toplamadığı üçün Dövlət İmtahan Mərkəzindən narazıdır.

Bu barədə Oxu.Az-ın redaksiyasına Məhəmməd Quliyev müraciət ünvanlayıb.

O bildirib ki, oğlu Fariz Quliyev buraxılış imtahanında 297,1 bal toplayıb:

“DİM tərəfindən keçirilən imtahanda bir sual səhv kimi qeyd edilib və oğlum 300 baldan məhrum olub. O, təqdim edilən sualların cavablarını düz yazıb, amma cavablar açıqlanan zaman birinin cavabı səhv kimi qeyd edilib. Bununla da uşağım istədiyi nəticəni qazanmayıb”.

Onun sözlərinə görə, həmin sualı sosial şəbəkədə müəllimlərdən biri izah edəndə tərəddüd edib:

“Müəllim “Kəndin ayağından başına qədər enli yol var idi” cümləsini doğru cavab kimi seçdi. Amma səhvdir. Oğlum isə “Şəhərin mərkəzində mənzilimiz var” variantını seçib və düz cavab da odur”.

Məsələ barədə Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 30 aprel 2023-cü il tarixində ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə istifadə olunmuş test tapşırıqları ümumtəhsil məktəblərində tədris olunan fənlər üzrə dərsliklər və Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent” jurnalında dərc olunmuş proqram əsasında hazırlanıb:

“Qeyd olunan test tapşırığı “Leksika” bölməsinə aiddir və burada iki çoxmənalı sözün işləndiyi nümunəni müəyyən etmək tələb olunur. Test tapşırığının yalnız bir bəndində verilən cümlədə iki söz məcazi mənada işlənərək çoxmənalılıq yaradıb. Bu da tapşırığın doğru cavabıdır. Tapşırıqda hər hansı elmi-metodiki yanlışlıq yoxdur”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər