Siyasət

Vətən müharibəsi qazisi: “Sinan Oğanın Ərdoğanı dəstəkləməsi onun milliyyətçi olmasının göstəricidir” – FOTO

“Sinan Oğanın mayın 28-də keçiriləcək səsvermədə Prezident Ərdoğana dəstək verməsi onun milliyyətçi olmasının bariz göstəricidir”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş kəşfiyyatçısı, Aprel döyüşləri və Vətən müharibəsi qazisi Vüsal Paşazadə deyib.

“Mən Türkiyə vətəndaşı deyiləm, ona görə də qardaş ölkədə keçirilən prezident seçkisində səs vermək hüququm yoxdur. Lakin Allaha dua edirəm ki, seçkilərdə Ədalət və İnkişaf Partiyasının sədri, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən qalib gəlsin. Ümumiyyətlə, kim ki türkçülüyü, xalqını, millətini sevir, hər iki qardaş ölkənin qələbələrinə ürəkdən sevinir, Rəcəb Tayyib Ərdoğana səs verəcək. Mən sözügedən məsələdə bu cür düşünürəm”, – o vurğulayıb.

V.Paşazadə vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğan əsl türk oğlu olduğu üçün bütün türk və eyni zamanda islam dünyasına dayaq olub, dəstək göstərib:

“Allah imkan versə və Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçkilərində qalib olarsa, qurban kəsəcəyəm”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,