Siyasət

BP-nin regional prezidenti Azərbaycan liderini təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, xoş arzularımı çatdırıram.

BP şirkəti Azərbaycanın uzunmüddətli strateji tərəfdaşı kimi müasir ölkənizin müxtəlif sahələrdə tərəqqisinin şahidi olmaqdan, eləcə də neft və qaz sənayesinin inkişafına töhfə verməkdən qürur duyur.

Biz bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət göstərəcəyinə inanırıq.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına sülh, rifah və tərəqqi arzulayıram”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,