Dünya

“Tesla” dünyanın ən çox satılan avtomobili oldu

2023-cü ilin birinci rübündə dünyada ən çox satılan avtomobillərin reytinqi tərtib edilib. Ən populyar avtomobillərin ilk beşliyində birinci yeri “Tesla Model Y” elektromobili tutub.

Bu barədə “JATO Dynamics” agentliyinin məlumatında qeyd olunub.

Ümumilikdə, 2023-cü ilin birinci rübündə ABŞ avtomobil şirkəti 267,2 min elektrik krossoveri satıb.

Bildirilir ki, avtomobil xüsusilə Avropa İttifaqı ölkələrinin sakinləri arasında populyardır.

Maraqlıdır ki, reytinqin digər dörd mövqeyini Yaponiya istehsalçısı “Toyota”nın modelləri – “Toyota Corolla”, “Toyota Hilux”, “Toyota RAV4” və “Toyota Camry” tutur.

Mənbə: İzvestiya

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin