Cəmiyyət

Yaşyarımlıq körpənin başından aşağı qaynar su tökülüb: Müalicəsinə 500 manat pul tapmırlar – FOTO

16.12.2021-ci il təvəllüdlü Məmmədova Fatimə Elsevər qızı mart ayında ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Lamiyə məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Belə ki, qızının başından aşağı qaynar su dolu çaydan aşıb:

“Hadisə mart ayında baş verib. Xəstəxanalardan birində müalicə aldıq. Lakin maddi durumum çox ağır olduğu üçün müalicəni tamamlamadan evə gedəsi olduq. Həkim ev şəraitində müalicəni apara bilməyimiz üçün resept yazıb. Amma evimdə nəinki onun dərmanlarını almağa, hətta bazarlıq etməyə belə, pulumuz yoxdur. Övladımın vəziyyətinin dərdi bir kənara qalıb, onun dərmanlarını necə alacağımı düşünməkdən artıq tükənmişəm. Balam ağrılarına görə çox əziyyət çəkir. Qızımın müalicəsi üçün 500 manat lazımdır”.

Qeyd edək ki, valideyn Gürcüstan vətəndaşı olduğu üçün yardım kartı bacısının adınadır.

Əlaqə nömrəsi: 050-372-91-23 (anası Lamiyə xanım)

Leo bank – 4098 5844 6095 6533

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər