Müharibə

Azərbaycanda hərbi vəzifəlilərin təlim toplanışı başa çatıb – FOTO/VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda bir qrup hərbi vəzifəlilərin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev təlim toplanışın keçirildiyi əraziyə gələrək təlim prosesinin gedişatı ilə maraqlanıb. Hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də təlimlərin daha da səmərəli keçirilməsi ilə bağlı öz tövsiyələrini verib.

Təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər keçirilən təlimlərin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və şəxsi heyətin peşəkarlığının artırılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.

Qeyd edək ki, hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması məqsədilə keçirilən toplanışda atıcı silahlardan və qumbaraatanlardan atış çalışmaları yerinə yetirilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Müharibə

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

  • 23 Aprel 2023 - 17:41
Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun
Müharibə

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

  • 23 Aprel 2023 - 17:54
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub