Cəmiyyət

Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.

Daha sonra yeməkxanadan çıxaraq “Əcəmi seyrangahı”na gedib. Orada gəzdikdən sonra evə getməyə pulu olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan pul istəyib. Heç kim ona pul verməyib və bundan əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.

Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər