Siyasət

“Hər şeyə rəğmən Türkiyə xalqı yenə doğru seçim etdi” – ŞƏRH + FOTO

“Müasir dünyamız ciddi, tarixi mərhələni yaşamaqdadır. Rəcəb Tayyib Ərdoğanın lider kimi sərgilədiyi mövqe isə dünyanın gələcəyinə təsir etmək gücündədir”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu deyib. Deputat vurğulayıb ki, artıq çoxqütblü dünyanın formalaşmasının əlamətləri görünür və Ərdoğan da bunu dəstəkləyir:

“Bu yanaşma qərbdə həzm olunmurdu. Qərb dairələri əllərində olan bütün vasitələrdən istifadə edərək, Kamal Kılıçdaroğlunun qələbə qazanmasını təmin etməyə çalışırdılar. Çünki o, Qərb tərəfindən yönləndirilən biridir. O, qalib olacağı təqdirdə Türkiyəni əvvəlki dövrlərdə olduğu kimi, sadəcə Qərbin strategiyasının dəstəkçisi halına qaytaracaqdı. Ərdoğanın rəhbərliyi dövründə, son 20 ildə Türkiyə addım-addım müstəqil siyasət yeritməyə nail oldu. Türkiyə NATO üzvü olsa da, Qərbin rəqibləri ilə əlaqələrini kəsmədi. Hətta NATO daxilində diktə edən dövlətə çevrildi. Türkiyənin söz sahibi olduğunu yeni üzvlərin NATO-ya qəbulu zamanı da görə bildik.

Ərdoğanın dövründə Türkiyə özünün ixrac imkanlarını kifayət qədər genişləndirdi. O, hakimiyyətə gələnə qədər Türkiyənin ixrac göstəriciləri 36 milyard idi. Bu gün isə bu rəqəm 254 milyarddan çoxdur. Hər kəs anlayır ki, hansı ölkənin xarici bazarlara ixrac imkanı yüksəkdirsə, təsir mexanizmləri də genişdir deməkdir”.

Elşad Mirbəşiroğlu hesab edir ki, idarəetmə sistemində dəyişiklik, prezidentli respublikaya keçid Türkiyənin daxili siyasətinə kənar müdaxilə imkanlarını minimuma endirə bilib:

“Bu gün Türkiyə öz milli maraqları çərçivəsində müstəqil siyasət yeridən dövlətdir. Bütün bunlar Ərdoğanın uzaqgörən siyasətinin nəticəsidir. Qərb isə bununla barışmaq istəmir. Hər şeyə rəğmən Türkiyə xalqı yenə doğru seçim etdi. Qardaş xalq anlayırdı ki, Kılıçdaroğlunun qələbəsi Türkiyə üçün ağır nəticələrə gətirib çıxara bilər. Ona görə Ərdoğanın qələbəsi 85 milyonluq Türkiyə xalqının, bütün Türk dünyasının qələbəsidir. Çoxqütblü nizamı dəstəkləyən hər kəs qalib gəldi. Azərbaycan üçün də bu qələbə önəmli idi. Kılıçdaroğlunun Azərbaycana münasibəti məlumdur. Artıq bundan sonra Azərbaycan və Türkiyə daha real gücə çevriləcək, iki ölkənin birliyinin təsiri daha əhəmiyyətli nəticələr doğuracaq”.

Qeyd edək ki, may ayının 28-də Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb.

Aysel Aslan

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,