İqtisadiyyat

Azərbaycandan İrana gedənlərin sayı azalıb

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin müvafiq dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olub.

Oxu.Az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bildirir ki, Rusiyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artıb, İrana gedənlərin sayı isə 26,5 faiz azalıb.

Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil edib.

Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Ölkəmizə gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşlarıdır.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.