Siyasət

İsrail prezidenti Azərbaycan şairi Nizamidən sitat gətirdi

İsrail prezidenti Azərbaycan şairi Nizamidən sitat gətirib.

APA xəbər verir ki, İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdəki çıxışında Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq çıxış edib.

“İranın İsraili xəritədən silməyə çağırdığı və bu istiqamətdə hərəkət etdiyi və onun mənfur təhlükəsini reallaşdırmağa kömək edə biləcək kütləvi qırğın silahlarının ardınca getdiyi bir vaxtda, İranın öz qonşusuna, tərəfdaşımız Azərbaycana qarşı hədə-qorxu gələrək terror törətdiyi bir vaxtda mən əfsanəvi şair, bu ölkənin doğma oğlu Nizami Gəncəvinin sözlərini xatırlatmaq istərdim:

“Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır”.

Xatırlatmaq lazımdır ki, bizim aramızda olan ittifaq – təcavüzə, nifrətə, ekstremizmə və fundamentalizmə qarşı, sülh, demokratiya və birgəyaşayışın tərəfdarıdır və bu münasibətlər təkcə Yaxın Şərqdə və Avro-Asiya sferasında deyil, bütün dünyada dövlətlər və xalqlar arasında tərəfdaşlıq üçün nümunə ola bilər və olmalıdır”, – deyə o bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,