Siyasət

ABŞ-də Heydər Əliyevin yubileyi və 28 May – Müstəqillik Günü münasibəti ilə ağacəkmə aksiyası keçirilib – FOTO

ABŞ-nin Nyu-York şəhərinin Bruklin inzibati rayonunda müasir Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Nyu-York şəhər meriyasının və Bruklin əyalətinin Parklar üzrə Komissarının ofisinin dəstəyi ilə keçirilən ağacəkmə aksiyası rayonun azərbaycanlıların sıx yaşadığı səmtində yerləşən Lyu Fidler parkında baş tutub.

Aksiyada Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin diplomatları, Bruklin əyalətinin rəsmiləri, Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan icmasının fəalları iştirak ediblər.

Parkda Amerikanın simvolu, gücün və uzunömürlülüyün rəmzi olan palıd ağacları əkilib və xatirə lövhəsi qoyulub.

Mərasimdə çıxış edən Bruklin şəhərinin komissarı Martin Maher Lyu Fidler parkında əkilən palıd ağaclarını ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqillik tarixini tərənnüm edəcəyini bildirib. M.Maher şəhərin Azərbaycan icmasına ev sahibliyi etməsindən qürur hissi keçirdiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Leyla Novruz Bruklin şəhərinin komissarı Martin Maherə Azərbaycan-Amerika əlaqələrinin daha da güclənməsi üçün göstərdiyi səylərə görə təşəkkür edib.

Diplomat Azərbaycanın Müstəqillik tarixindən və ulu öndər Heydər Əliyevin çağdaş Azərbaycanın yenidən inşası üçün səylərindən bəhs edib. L.Novruz bildirib ki, Bakı Dənizkənarı Bulvarını xatırladan Lyu Fidler parkı artıq ABŞ-də yaşayan azərbaycanlıların sıx ziyarət ünvanına çevrilib:

“Ümidvarıq ki, bu ağacların kölgəsində oturan soydaşlarımız Amerikada özlərini doğma Azərbaycanda hiss edəcəklər. Şübhəsiz ki, bu ənənəvi layihə gələcək nəsillərimizə ötürüləcək, ABŞ və Azərbaycan dostluğuna öz töhfəsini verəcək”.

Sonda aksiya iştirakçıları xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, ilk dəfə ötən ilin may ayında həyata keçirilən ağacəkmə aksiyası ənənəvi hal alıb və aksiya Azərbaycan üçün əlamətdar tarixi günlərdə də davam etdiriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,