Siyasət

Azərbaycan Ordusunun ümumqoşun poliqonunda döyüş atışlı taktiki təlim keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ümumqoşun poliqonunda “N” hərbi hissəsinin döyüş atışlı taktiki təlimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilib.

Bölmələr müxtəlif üsullarla taktiki yerdəyişmələri yerinə yetirib, şərti düşmənin təxribat törədəcəyi ehtimal edilən ərazi istiqamətində irəliləyərək atıcı silahlardan praktiki atışlar icra ediblər.

Döyüş atışlı taktiki təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq zərərsizləşdirilməsi üzrə qarşıya qoyulan tapşırıqlar motoatıcı bölmələr tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimin keçirilməsində əsas diqqət bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsinə yönəldilib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,