Azərbaycan və Pakistan qarşılıqlı ticarət və investisiyaların təşviqini müzakirə edib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq”, – deyə nazir qeyd edib.