Cəmiyyət

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına qeydiyyat başa çatır

Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet” (http://ekabinet.dim.gov.az) yaratmalı (Şəxsi kabineti olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər