İdman

“Fənərbağça” Bakıya gələcək: “Zirə” danışıqlara başladı

“Zirə”nin və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb.

Qəsəbə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, “Fənərbağça”nın ofisində keçirilən görüşdə, həmçinin Azərbaycan Minifutbol Federasiyasının və İstanbul təmsilçisinin idarə heyətinin üzvləri də iştirak ediblər.

Görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunub. Bundan başqa, yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi üzrə danışıqlar aparılıb.

Sonda görüş iştirakçıları bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata