İdman

Konfrans Liqası: “Fənərbağça” Bakıya gələ bilər

Konfrans Liqasında mübarizə aparacaq “Sabah” və “Qəbələ”nin II təsnifat mərhələsindəki potensial rəqiblərindən daha biri məlum olub.

Oxu.Az xəbər verir ki, Türkiyə Super Liqasını ikinci sırada bitirəcəyi dəqiqləşən “Fənərbağça” mübarizəyə bu raunddan başlayacaq.

İstanbul təmsilçisi “Neftçi”nin də qərarlaşdığı səpələnmişlər səbətində yer alacaq və Azərbaycanın digər iki klubunun mümkün rəqibləri arasında olacaq.

“Fənərbağça” Türkiyə Kubokunun finalındadır. İstanbul təmsilçisi həlledici görüşdə “Başakşəhər”i məğlub etsə, Avropa Liqasına yollanacaq.

Konfrans Liqasının püşkatma mərasimi iyunun 21-də atılacaq.

Konfrans Liqası

II təsnifat mərhələsi

Səpələnmişlər: “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Gent” (Belçika), “Fənərbağça” (Türkiyə), PAOK (Yunanıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Viktoriya” (Çexiya), “Budyo-Qlimt” (Norveç), “Lex” (Polşa), “Hapoel” (Beer-Şeva, İsrail), “Yurqorden” (İsveç), APOEL (Nikosiya, Kipr), “Beşiktaş” (Türkiyə), “Riyeka” (Xorvatiya), “Gimaraeş” (Portuqaliya), “Styaua” (Rumıniya), “Legiya” (Polşa), “Rusenborq” (Norveç), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), ”Omoniya” (Kipr), “KuPS” (Finlandiya), “Neftçi” (Azərbaycan), “Osiyek” (Xorvatiya), “Aris” (Saloniki, Yunanıstan)

Səpələnməmişlər: “Voyvodina” (Serbiya), “Lütsern” (İsveçrə), “Bohemians” (Çexiya), “Beytar” (İsrail), “Hammarbü” (İsveç), “Kalmar” (İsveç), “Kauno” (Litva), “Poqon” (Polşa), “Zalaeqerseq” (Macarıstan), “Keçkemet” (Macarıstan), “Debretsen” (Macarıstan), “Sepsi” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Borats” (Bosniya və Herseqovina), “Sabah” (Azərbaycan), “Ordabasi” (Qazaxıstan), “Aktobe” (Qazaxıstan), “Çelye” (Sloveniya), “Auda” (Latviya), “Differdanj” (Lüksemburq), “Torpedo” (Belarus)

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata