İdman

Prosineçki: “Üç il ərzində Azərbaycan millisində irəliləyiş görmədim”

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yığmadakı fəaliyyətini xatırlayıb.

Xorvatiyalı mütəxəssis ölkəmizdə keçirdiyi üç il ərzində komandada irəliləyiş olmadığını söyləyib:

“Azərbaycanda keçirdiyim üç il maraqlı təcrübə oldu. Oyunlara cəmi iki həftə qalmış ölkəyə gələn sələflərimdən fərqli olaraq, ailəmi də özümlə apararaq orada yaşayırdım. Norveçə qalib gəldik, Çexiya və Xorvatiya ilə heç-heçə oynadıq, eyni zamanda yaxşı futbol nümayiş etdirdik. Amma üç il sonra komandada irəliləyiş olmadığını gördüm”, – R.Prosineçki bildirib.

Xatırladaq ki, 54 yaşlı çalışdırıcı 2014-cü ilin dekabrından 2017-ci ilin noyabrınadək Azərbaycan millisinə rəhbərlik edib.

Mənbə: 24sata.hr

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata