İqtisadiyyat

SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsləsini müzakirə edib – FOTO

SOCAR və Avropa Komissiyası Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini müzakirə edib.

Oxu.Az xəbər verir ki, mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının ixrac həcmlərinin artırılması baxımından dəhlizin genişləndirilməsinin vacib olduğu bir daha qeyd edilib.

Bu xüsusda, 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının, habelə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, SOCAR ilə “Romgaz S.A.” arasında qaz tədarükünə dair müqavilənin, “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun və perspektivdə nəzərdə tutulan digər layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğrundan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.