Cəmiyyət

Tahir Kərimlidən üzr tələbi: “Deputat necə deyə bilər ki, itləri çinlilərə yedirdək?!” – FOTO

GWARP Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının Prezidenti və Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov Milli Məclisin deputatı Tahir Kərimlinin parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxışı zamanı küçə itlərini yığıb Koreyaya, Çinə satmaq barədə səsləndirdiyi təklifinə münasibət bildirib.

F.Mansurov Oxu.Az-a açıqlamasında bildirib ki, deputatın dedikləri cəfəngiyyat və biabırçılıqdır:

“Bakıda da maşınlar insanların əsəbinə toxunur. O zaman onları da Almaniyaya, digər istehsal edən ölkələrə yollayaq? Bu necə yanaşmadır? Deputat danışacağı mövzu barədə çıxışından əvvəl araşdırma aparmalıdır. Hazırda çinlilərin it ətini yeməsi ilə bağlı dünya mübarizə aparır. Bizim deputat isə təklif edir ki, oraya ixrac edilsin. Bir millət vəkili necə deyə bilər ki, itləri Çinə yollayaq və onlara yedizdirək?! Azərbaycan 2007-ci ildən Avropa Konvensiyasına üzv olub.

Oradakı müddəalardan və öhdəlikdən biri də heyvanlara qarşı mərhəmətli davranışdır. Yaxın illərdə heyvanların hüquqlarını müdafiə edən qanunvericiliyin olması gözlənilir. Bizim də təşəbbüs qrupunun 3 000-dən çox üzvü bununla bağlı işlər aparır.

Biz bu gün cəmiyyətdə heyvanlarla rəhmli davranışı təbliğ edirik. Amma deputat heyvanlara qarşı zorakılığa çağırış edir. Bu, beynəlxalq sənədləri və öhdəlikləri heçə sayır və dövləti də buna səsləyir”.

O qeyd edib ki, bu çıxışa görə millət vəkili xalqdan üzr istəməlidir:

“Çünki o, dövləti qanunsuz yola səsləyir. Məsələnin humanist, qanuni tərəfindən başqa, itlərin ixracı üçün külli miqdarda vəsait lazımdır. Bu, problemin həlli deyil. Sahibsiz itləri qısırlaşdırmaq lazımdır. Nəticədə onların nəsilləri artmır və sayı azalır”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər