Dünya

Vuçiç Ərdoğandan dəstək istədi

Serbiya prezidenti Aleksandar Vuçiç Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bölgədə sülhün sabitləşməsi üçün dəstək istəyib.

Bu barədə çərşənbə günü Serbiya liderinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Prezident Ərdoğan Kosovo və Metohiyadakı mövcud vəziyyətlə maraqlanıb və prezident Vuçiç ona serblərə qarşı zorakılığın artmasına səbəb olan hadisələrin xronologiyası ilə bağlı məlumat verib. O, həmçinin Türkiyə dövlət başçısından regionda sülh və sabitliyi qorumaq üçün ölkəsinin nüfuzundan istifadə etməyi xahiş edib”, – Vuçiçin mətbuat xidməti söhbətin təfərrüatlarını açıqlayıb.

Vuçiç Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ona ölkəni inkişaf yolunda uğurla aparmasını arzulayıb.

Həmçinin, Vuçiç Ərdoğanı Serbiyaya səfərə dəvət edib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin