Dünya

“Bakı ilə İrəvan arasında sülh danışıqları regionun maraqlarına uyğundur” – Qaribaşvili

“Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir”. “Unikal” xəbər verir ki, TASS xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada “Avropa siyasi birliyi”nin sammitində jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyi və sülhü möhkəmləndirmək üçün neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra çox mühüm vasitəçilik rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, – Qaribaşvili bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin