Cəmiyyət

Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır – FOTO

Ötən gün Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır. Qasırğa nəticəsində rayonun Natəvan küçəsində yerləşən çoxmənzilli yaşayış binasının yararsız vəziyyətə düşən dam örtüyü ərazidən daşınır.

Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Seymur Soltanovun AZƏRTAC-a verdiyi məlumata görə, təhlükəsizlik tədbirləri məqsədilə həmin binanın elektrik və qaz təchizatı dayandırılıb. Hazırda binanın dam örtüyünün dəyişdirilməsi üçün işlər görülür.

Şəhərə içməli suyun və təbii qazın verilişi, eləcə də elektrik naqilləri bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da, şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub.

Kəndlərin də elektrik enerjisi ilə təmin edilməsi üçün işlər aparılır.

Şəhərin müxtəlif küçələrinə aşan irigövdəli ağaclar kəsilərək ərazidən götürülüb. Hazırda küçələrdə, prospektlərdə olan ağac budaqları təmizlənir.

Rayon fövqəladə hallar komissiyası tərəfindən şəhərə və kəndlərdə olan əkin sahələrinə, meyvə bağlarına dəyən zərər araşdırılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər