“İyunun 4-ü gündüz və 5-dən 9-a qədər bəzi rayonlarda qeyri-sabit hava şəraiti olacaq”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, fasilələrlə yağış yağacaq:
“Ayrı-ayrı bölgələrdə yağıntı leysan xarakterli olacaq. Şimşək çaxacaq, dolu düşəcək. Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan zonalarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsəcək”.
O qeyd edib ki, bəzi çaylardan qısamüddətli sel keçəcəyi gözlənirlir:
“Gözlənilən küləkli hava şəraiti ilə əlaqədar olaraq, əhalinin irigövdəli ağacların, çoxmərtəbəli binaların altında dayanmağı tövsiyə olunmur. Eyni zamanda, əhali çay hövzələrindən də uzaq durmalıdır”.