Cəmiyyət

Hacıqabulda toyda qardaşları bıçaqlayan şəxs tutuldu – YENİLƏNİB

Hacıqabul şəhərində iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində Elşən Quliyevə və qardaşı Amid Quliyevə xəsarət yetirməsi müəyyən edilib. 

Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

03:06

Hacıqabulda toyda 2 qardaş bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Hacıqabul şəhərində qeydə alınıb.

Toy şənliyində baş verən mübahisə zamanı Hacıqabul şəhər sakinləri, 1989-cu il təvəllüdlü Amid Elşad oğlu Quliyev və 1985-ci il təvəllüdlü Elşən Elşad oğlu Quliyevə bir nəfər tərəfindən bıçaq xəsarətləri yetirilib. Hər iki qardaş yaralı vəziyyətdə Şirvan Xəstəxanasına yerləşdirilib. Onlardan biri əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər