Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiya yaşının azaldılması ilə bağlı deputatların səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında hazırda pensiya yaşının azaldılmasının nəzərdə tutulmadığını bildirib:
“Biz çalışırıq ki, rəqəmlərə baxaq. Azərbaycan əhalisinin yaşlanma göstəricisinə baxırıq. Hazırkı tendensiya pensiya yaşının azalması istiqamətində deyil. Deputatların əlində rəqəmlər olmur. Beşdən çox uşağı olanlar, zərərli işdə işləyənlər daha erkən yaşda pensiyaya çıxırlar. Bu işdə ümumi deyil, differensial yanaşma olur. Beynəlxalq ekspertlər də ümumi yanaşmanı məsləhət görmürlər. Deputatlar istəyirlər ki, əhaliyə mesaj versinlər, amma bunu rəqəmlərlə əsaslandırmaq lazımdır”.
Nazir müavini qeyd edib ki, rəqəmlərə nəzər salsaq, görərik ki, pensiya alanların da sayı çoxdur.