İdman

“Norway Chess”: Şəhriyar Məmmədyarov özbəkistanlı şahmatçı ilə üz-üzə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində bu gün növbəti oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, 38 yaşlı qrosmeyster IV turda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorovla üz-üzə gələcək.

Ş.Məmmədyarov 2,5 xalla 9-cudur. Dörd xala malik N.Abdusattorov niderlandlı Aniş Giri ilə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1,5, məğlub olan tərəf isə 1 xal əldə edir.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata