İdman

Şahin Diniyev ikinci oğlunu da komandasına aparır

Coşqun Diniyev “Zirə”dən ayrılıb.

Oxu.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi  paytaxt klubu ilə vidalaşıb. Tərəflər başa çatan müqaviləni yeniləməyiblər.

Təcrübəli oyunçunun yeni ünvanı da böyük ölçüdə bəllidir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Coşqun Diniyev karyersını “Səbail”də davam etdirməyə yaxındır.

“Dənizçilər”in baş məşqçisi Şahin Diniyev hələ qış fasiləsindən onu sərəncamında görmək istəyir. Çalışdırıcı yarımmüdafiədə oyunu məhz Coşqunun üzərində qurmaq istəyir.

Qeyd edək ki, Coşqun Diniyev Şahin Diniyevin oğludur. Mütəxəssisin digər oğlu Kərim Diniyev də “Səbail”də çalışır. O, baş məşqçinin köməkçisidir.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata