İyunun 7-də Ankara Sənaye Palatasında Ələt Azad İqtisadi Zonasının təqdimatı ilə bağlı tədbir keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Palatalar və Birjalar Birliyinin baş katibinin köməkçisi Əli Əmrə Yurdakulun şirkətlərə ünvanlandığı məktubda bildirilib.
Məktubda Ələt Azad İqtisadi Zonası ilə də bağlı qısa məlumat verilib.
Qeyd edilib ki, Ələt qəsəbəsində yerləşən bu ərazi ticarət və logistika mərkəzi kimi yaradılıb. 858 hektar ərazisi olan Ələt Azad İqtisadi Zonasının 198 hektarı əhatə edən birinci fazası ötən il istifadəyə verilib. Strateji yerdə olan İqtisadi Zona Azərbaycanın qeyri-neft sektoruna yerli və xarici şirkətləri cəlb etməyi hədəfləyib. Həmçinin burada fəaliyyət göstərəcək şirkətlər bir sıra güzəştlərdən də istifadə edəcək.