Kriminal

Azərbaycanda kişi qızını bıçaqlayıb intihar etdi – FOTO

Şəmkirdə kişi qızını bıçaqladıqdan sonra intihar edib. 

Bununla bağlı Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. 

Onun sözlərinə görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A.Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub:

“Dərhal Rayon Polis Şöbəsinin və prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib. 

Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir”.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin