Cəmiyyət

Emin Əmrullayev valideynlərə çağırış edib

“Hər bir insanın içində bir istedad var. O istedadı vaxtında üzə çıxarmaq isə əsas məsələdir”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən İnsan Resursları və İdarəetmə Forumunda deyib.

O bildirib ki, insanı dəyişdirən onun mühitidir:

“İnsan hansı mühitdə doğulub, yaşayırsa, o mühitin təsiri altında formalaşır. Hər bir şəxs dünyaya müəyyən istedadla gəlir. Lakin mühit o istedada nə qədər şərait yaradır? Əsas sual budur. Uşaq üçün ən yaxşı inkişaf dövrü ana bətnindən 3 yaşına qədər olan dövrdür. Bu dövrdə uşaq daha çox şey öyrənir. Yaxşı xəbər ondan ibarətdir ki, bu dövrdə uşağın inkişafı üçün böyük maliyyə tələb olunmur. Hər bir valideyn uşağı ilə oynasa, ona çox yox, həftədə 5 saat kitab oxusa, bu, gələcəkdə on milyonlarla, yüz milyonlarla pul xərclənələcək layihələrdən daha effektiv olar. Bundan sonrakı əsas mərhələ isə uşağın məktəb təhsilidir”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər