Cəmiyyət

Qulu Kərimov: “Kürün mənsəbində yerləşdiyi üçün Salyanın su təminatında müəyyən çətinliklər olur”

“Salyan Suvarma Sistemləri İdarəsinin balansında olan 29 nasos stansiyasından biri Kürkənd nasos stansiyasıdır. Bu nasos stansiyası Xurşud, Noxudlu və Kürkənd kəndlərini əhatə edən 2 840 hektar torpaq sahələrini su ilə təmin edir”.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Meliorasiya və Su təsərrüfatı” ASC-nin Suvarma şöbəsinin müdir müavini Qulu Kərimov deyib.

O bildirib ki, 1982-ci ildən fəaliyyət göstərən və 2022-ci ildə əsaslı təmir olunmuş 2 aqreqatlı “Kürkənd” nasos stansiyası uzunluğu 16,2 kilometrdir. Ümumi məhsuldarlığı 3,2 kubmetr/saniyədir”.

Şöbə müdiri qeyd edib ki, Kürün mənsəbində yerləşdiyi üçün Salyanın su təminatında müəyyən çətinliklər olur:

“Zəruri tədbirlər nəticəsində əkin sahələrinin suvarılmasındakı bu çətinliklər aradan qaldırılır. Salyan rayonunda ümumilikdə 46 min ha əkin sahəsi su ilə təmin edilir. 15 min hektarda taxıl bitkilərinin birinci və ikinci mərhələli suvarılması başa çatdırılıb. 10 min hektar sahədə əkiləcək pambıq sahələri də su ilə təmin edilib. Eləcə də taxıl və pambıq bitkiləri ilə yanaşı, digər kənd təsərrüfatı bitkilərinin suvarılmasının intensiv dövrüdür. Suvarma prosesi müvafiq templə davam etdirilir”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər