Siyasət

Azərbaycanda pul nişanlarının dəyişdirilməsi qaydasında YENİLİK

Azərbaycan Mərkəzi Bankının pul nişanlarını dəyişdirməsi ilə bağlı yeni qayda tətbiq olunur.

“Report” xəbər verir ki, bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Mərkəzi Bank:

– tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir;

– bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki 2 seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir;

– eyni kağız pul nişanına məxsus ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60%-dən az olmayan hissəsini və üzərindəki hər 2 seriya nömrəsini tam saxlamış pul nişanının nominal dəyərini ödəyir;

– Bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış metal pul nişanının nominal dəyərini ödəyir;

– təqdim olunan pul nişanının saxta olması müəyyən edildikdə həmin pul nişanını dəyişdirmir və onun nominal dəyərini ödəmir, saxta pul nişanını geri qaytarmır və qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) göndərir;

– xarici valyutada olan pul nişanlarını dəyişdirmir.

Bundan başqa, qanun layihəsində deyilir ki, pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) AMB-nin müəyyən etdiyi qaydada həyata keçirilir.

Reproduksiya qaydalarını pozmaqla hazırlanmış pul nişanları saxta hesab olunurlar.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,