Cəmiyyət

Bakı avtovağzalında çantadan 500 manat və 4000 dollar oğurlanıb

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər