Cəmiyyət

“Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi başa çatıb – FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun və “PAŞA Bank”ın dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), “Junior Achievement Azerbaijan”ın (JAA – Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının birgə təşkilatçılığı ilə xaricdə təhsil alan və təhsilini başa vurmuş gənclərin də iştirakı etdiyi “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli çıxış ediblər.

Bildirilib ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. İstedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək. Bu layihənin də əsas məqsədi sosial və ekoloji problemlərin həlli istiqamətində gənclərin ideyalarını dəstəkləmək, onların peşəkar bacarıqlarını formalaşdırmaq və gənclər arasında sahibkarlıq düşüncə tərzini inkişaf etdirməkdir. Beləliklə, bu layihə Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakına öz töhfəsini verib. Xaricdə təhsil alan gənclər də bu layihə vasitəsilə öz startaplarını formalaşdırmış oldular. Bununla da xaricdə əldə etdikləri təcrübənin əyani tətbiqi üçün yeni imkan yarandı.

“Junior Achievement Azerbaijan” (JAA – Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının icraçı direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, 30 gənc 6 komanda formasında ilkin olaraq “İdeyanı dizayn et” adlı “boot-camp”da üç gün müddətində iştirak ediblər. Daha sonra isə müxtəlif mentorların dəstəyi ilə 60 gün müddətində öz layihələrinin üzərində çalışıblar.

Layihələrin təqdimat mərasimindən sonra münsiflər heyəti tərəfindən 3 qalib komanda seçilib. Onlardan “İzzi Pay” startapı birinci yerin, “Smart Drop” startapı ikinci yerin, “Wise Connect” startapı isə üçüncü yerin qalibi olub. Qalib komandalara layihələrinin ilkin hazırlanması üçün pul mükafatı verilib, eyni zamanda komandalar “Sabah.Lab”da akselerasiya proqramında iştirak imkanı əldə ediblər.

Qeyd edək ki, 18-29 yaş arası gənclərin iştirakı ilə keçirilən “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi üç mərhələdə keçirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər