“Kəpəz”də ayrılıq reallaşıb.
Oxu.Az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Yusif Nəbiyev Gəncə klubunu tərk edib.
26 yaşlı oyunçu sosial şəbəkə hesabındakı paylaşımla gedişini elan edib.
Nəbiyev 2022-ci ilin yayından “Kəpəz”də çıxış edirdi. Kapitan Gəncə təmsilçisində Premyer Liqada 34 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Əldə etdiyimiz məlumata görə, Y.Nəbiyev karyerasını “Səbail”də davam etdirəcək.