Dünya

Kolumbiya prezident aparatının rəhbəri qalmaqala görə işdən çıxarıldı

Kolumbiya prezidenti Qustavo Petro iyunun 4-də bildirib ki, ölkənin prezident aparatının rəhbəri Laura Sarabia və Venesueladakı səfiri Armando Benedetti işdən uzaqlaşdırılıblar.

Bu, sözügedən şəxslərin adlarının hallandığı məişət işçilərinin telefonlarının qeyri-qanuni dinlənilməsi qalmaqalı ilə bağlıdır.

Bildirilir ki, hazırda prokurorlar iddiaları araşdırırlar.

Qeyd olunub ki, Laura Sarabia prezident Petronun ən yaxın məsləhətçilərindən biridir, səfir Armando Benedetti isə dövlət başçısının seçilməsində mühüm rol oynayıb.

Qustavo Petro bəyan edib  ki, hər iki şəxsin vəzifədən getməsində məqsəd istintaqın tam etibarlılığını təmin etməkdir.

Mənbə: rossaprimavera.ru

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin