İdman

“Neftçi”nin potensial rəqibi avrokuboklardan kənarlaşdırıldı

İsrail Futbol Federasiyasının İntizam Komitəsi “Beytar” klubunu UEFA Konfrans Liqasının təsnifat mərhələsindən kənarlaşdırıb.

Qurumun rəsmi saytında verilən məlumata görə, buna komandanın azarkeşlərinin Netanya “Makkabi”si ilə ölkə kubokunun final oyunundakı (3:0) davranışı səbəb olub.

Fanatlar final fitindən sonra meydançaya daxil olaraq mükafatlandırma mərasiminin keçirilməsinə imkan verməyiblər. Nəticədə təhlükəsizlik xidmətinin əməkdaşları İsrail Prezidenti İsxak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.

İnsident səbəbindən “Beytar” 20 000 ABŞ dolları məbləğində cərimələnib və yeni mövsümə -3 xalla başlayacaq. Bundan başqa, analoji hadisə təkrarlanacağı halda İsrail Kuboku klubdan alınacaq.

Yerusəlim təmsilçisi qərardan İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Azarkeşlər isə federasiyanı iyunun 19-da AVRO-2024-ün seçmə mərhələsində Andorraya qarşı keçiriləcək matçı boykot etməklə hədələyiblər.

Qeyd edək ki, “Beytar” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlamalı idi. Sözügedən komanda bu raundda “Neftçi”nin potensial rəqiblərindən biri idi.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata