Dünya

Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadınla bağlı YENİ QƏRAR

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu oğurlamağa cəhd etdiyinə görə həbs edilən Qayane Akopyan ev dustaqlığına buraxıb.

Bu barədə onun vəkili məlumat yayıb.

“Ermənistan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin həbs-qətimkan tədbirini dəyişdirdi və Qayane Akopyan ev dustaqlığına buraxılıb”, – vəkil bildirib.

Xatırladaq ki, mayın 18-də Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanmasına cəhd edilib. “Oğulların çağırışı” adlı ictimai təşkilatın nümayəndələri Aşot Paşinyanı zorla maşınlarına mindirmişdilər, amma avtomobilin yolda bir anlıq dayanmasından istifadə edən Aşot Paşinyan maşından düşüb qaça bilmişdi.

Mənbə: Sputnik Ermənistan

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin