Cəmiyyət

İsmail Serageldin: “Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”

“Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük sərmayə yatırır”.

“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Şuşada “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və bərabərlik” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

Üçüncü dəfədir Qarabağa səfər etdiyini xatırladan həmsədr bu ərazilərin operativ şəkildə bərpa edildiyini görməkdən şad olduğunu söyləyib.

O, Qarabağın gələcəyinin və burada ətraf mühitin bərpasının iqtisadi artıma töhfə verdiyini vurğulayıb.

İ.Serageldin yaşıl və bərpa olunan enerjinin ölkə və bütövlükdə region üçün dayanıqlı yol olduğunu qeyd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər